"Turan"ın sabiq məşqçisi Türkiyə klubunu çalışdıracaq

01:12 - 16 Avqust 2016

Tovuzun "Turan” klubunun sabiq baş məşqçisi Səlahattin Dərvənd Türkiyənin "Dənizlispor” klubunu çalışdıracaq. 
 
Sportal.az xəbər verir ki, çalışdırıcı Dənizli təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. 
 
Bu barədə məlumatı klubunun prezidenti Süleyman Urkay "Anadolu Ajansı”na verdiyi açıqlamada verib. O bildirib ki, mütəxəssislə 1 illik rəsmi müqavilə imzalanıb.

Xəbər xətti