Samir Abasovun qovduğu futbolçuya "göz dəydi"

14:40 - 16 Avqust 2016

Yay tranfser pəncərəsində Türkiyənin "Manisaspor” klubu ilə 2 illik müqavilə imzalayan millimizin futbolçusu Uğur Pamuk 6 ay yaşıl meydanlardan uzaq qalıb.

 

Sportal.az-ın məlumatına görə, buna 26 yaşlı yarımmüdafiəçinin məşqdə zədələnməsi səbəb olub. Futbolçu bu gün tibbi müayinədən keçib və zədəsinin ciddi olduğu məlub olub. Uğurun ayağının ön çarpaz bağlarında yırtıq aşkarlanıb. O, yaxın günlərdə əməliyyat olunacaq və 6 ay yaşıl meydanlardan uzaq qalacaq. 

 

Qeyd edək ki, Uğur Pamukun ölkəmizdə son klubu "Sumqayıt” olub. Futbolçu ötən mövsümün ortalarında baş məşqçi Samir Abasov tərəfindən "Sumqayıt”dan kənarlaşdırılıb. 

Xəbər xətti