"İlk planımız Leroy Corcla yollarımızı ayırmaqdır"

15:25 - 16 Avqust 2016

Türkiyənin "Göztəpə” klubunun baş məşqçisi Okan Buruk "Qarabağ”ın sabiq üzvü Leroy Corcun komandadakı gələcək taleyi haqqında danışıb. 

 
Sportal.az xəbər verir ki, "Qalatasaray”ın sabiq futbolçusu bildirib ki, ilk planları Leroyu komandadan göndərməkdir:

 

"İlk planımız Leroyla yollarımızı ayırmaqdır. Rəhbərliyimiz də bu yöndə işlərini davam etdirir. Bəzi komandalar da futbolçunun xidmətində maraqlıdır. Ancaq Leroy komanda tapa bilməsə və komandamızda qalsa, onu gələcək planlarıma daxil edə bilərəm. O, pis futbolçu deyil. Sadəcə, ötən mövsüm karyerasında eniş yaşandı və komandamıza uyğunlaşa bilmədi”. 
 

Qeyd edək ki, ötən mövsümün əvvəlində "Qarabağ”dan İzmir təmsilçisinə transfer olunmuşdu. Hazırda futbolçunun xidmərində Türkiyənin "Qaziantep BB” klubu maraqlıdır.

Xəbər xətti