"Fənərbaxça"nın yeni baş məşqçisi rəsmən bəlli oldu

16:58 - 17 Avqust 2016

"Fənərbaxça"nın yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, daha öncə razılıq əldə olunmuş Dik Advakatla bu gün rəsmi müqavilə imzalanıb. Sözləşmənin müddəti 1 il müddətinə nəzərdə tutulub. Bu barədə məlumat İstanbul klubunun rəsmi saytından verilib.

 

Qeyd edək ki, hollandiyalı mütəxəssis bu postda bir neçə gün öncə istefaya göndərilmiş Vitor Pereyranı əvəzləyib.

Xəbər xətti