Mövsümün startında Türkiyədə baş məşqçi istefası

14:55 - 19 Avqust 2016

Türkiyə Super Liqasında 2016/17 mövsümünün ilk baş məşqçi istefası qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, çempionatın yeni sakini "Adanaspor” baş məçqçisi Engin İpəkoğlu ilə yollarını ayırıb. Bu barədə məlumat klubdan rəsmən təsdiqlənib. 

 
Qeyd edək ki, İpəkoğlu ötən ildən "Adanaspor”u çalışdırırdı. O, komandanın Super Liqaya vəsiqə qazanmasında böyük pay sahibi olmuşdu. 
 
Xatırladaq ki, Türkiyədə yeni mövsüm bu gün start götürür. Açılış oyununda "Adanaspor” "Bursaspor”u qəbul edəcək.

Xəbər xətti