Zaur Svanadze: "Bunu qəsdən edibsə, o, cəzalandırılacaq" MÜSAHİBƏ

00:53 - 20 Avqust 2016

Azərbaycan Premyer Liqasının III turunda "İnter” doğma meydanında "Kəpəz”i qəbul edib. Qarşılaşma 2-2 hesablı bərabərliklə başa çatıb.

 

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "İnter”in baş məşqçisi Zaur Svanadze fikirlərini bildirib:

 

"Hamınız gördünüz. Penaltiyə qədər meydanda bir komanda var idi. İkinci hissəyə yaxşı başlasaq da, sonra qədər üstünlüyümüzü davam etdirə bilmədik. 1 xal qazanmaq bizim haqqımız idi. 3 tur geridə qalıb və qapımıza iki penalti təyin olunub. Belə hallarda komandamızda ruh düşkünlüyü yaranır. Rəqib komandalardan feir-pley qaydalarına riayət etmələrini istəyirəm”.

 

- "İnter” bu mövsümü qollarının bir çoxunu standart vəziyyətlərdən vurub. Mövsümü standart vəziyyətlər üzərində qurduğunuzu düşünmək olarmı?
- Standart vəziyyətlərə xüsusi hazırlıq görmürük. Sadəcə, futbolçular məşqdən sonra cərimə zərbələri üzərində əlavə işləyirlər. 

 

- Çempionatda 25 günlük fasilə yaranacaq. Komandanızın planı necədir?
- Tbilisiyə 1 həftəlik təlim-məşq toplanışına yollanacağıq. Orada iki yoxlama oyunu keçirmək planımız var.

 

- "İnter” bərabərlik qolunu vurduqdan sonra Ağabala Ramazanov topu rəqibin ehtiyat oyunçular skamyasına tərəf vurdu...
- Məncə, bunu qəsdən etməyib. Əgər bunu qəsdən edibsə, o, cəzalandırılacaq.

 

- Komandanın orta xəttində ciddi problemlər var. Oyun qurucusu çatışmır. Bu isə mövsüm ərzində ciddi problemlər yarada bilər.
- Belə problemlərin olacağını əvvəllər də demişdim. Ancaq qışa qədər hansısa transfer olacağını düşünmürəm. Bəlkə qışda belə transfer oldu.

Xəbər xətti