"İnter" milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədən səmərəli istifadə etmək niyyətindədi.
Sportal.az xəbər verir ki, Zaur Svanedzenin yetirmələri fasilə zamanı ölkə xaricində təlim-məşq toplanışı keçəcək. Gürcü mütəxəssis "İnter"i öz ölkəsinə aparır. Komanda bu gün Tbilisiyə yola düşəcək.
"Bankirlər"in qonşu ölkədəki toplanışı 10 günlük nəzərdə tutulub. "İnter" burada yerli komandalarla yoxlama oyunlarında da qüvvəsini sınayacaq.
saytlarin hazirlanmasi