Bakı "İnter"inin rəqibləri məlum oldu

19:22 - 23 Avqust 2016

Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən Bakı "İnter"i bu gün gecə saatlarında Gürcüstana yola düşəcək.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Tbilisinin "Bomond Garden" otelində məskunlaşacaq komanda təlim-məşq toplanışı çərçivəsində iki yoxlama matçı keçirməyi planlaşdırır. 

 

"İnter"  avqustun 28-də "Samtredia", sentyabrın 1-də isə "Tsxinvali"  ilə qarşılaşacaq.

 

Sentyabrın 2-də vətənə qayıdacaq  komanda növbəti tura hazırlıqlarını Bakıda davam etdirəcək.

Xəbər xətti