"Qalatasaray"da ayrılıq

19:17 - 29 Avqust 2016

"Qalatasaray" bir futbolçusu ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Yan Olde Riekerinkin heyətdə düşünmədiyi Olcan Adınla yollar ayrılıb. Təcrübəli futbolçunun müqaviləsi birtərəfli qaydada ləğv edlilib. Bu barədə məlumat klubun rəsmi saytından verilib.

 

Baş məşqçinin etimadını qazanmayan 31 yaşlı yarımmüdafiəçinin sözləşməsinin ləğv olunmasının səbəblərindən biri də onun yüksək məbləğdə maaş almasıdır. Belə ki, Türkiyə millisinin sabiq üzvü "cim bom"da illik 1,8 milyon avro qazanır.

 

Olcan Adının karyerasını İspaniyada davam etdirəcəyi gözlənilir. Belə ki, La Liqada çıxış edən "Qranada" klubu futbolçunun xidmətində maraqlıdır.

 

Qeyd edək ki, "Qalatasaray"a  2014-cü "Trabzonspor"dan transfer olunan futbolçu "sarı-qırmızı"ların heyətində meydana çıxdığı 55 rəsmi matçda 4 dəfə fərqlənib.

Xəbər xətti