Skarlatakenin durumuna aydınlıq gəldi

00:50 - 4 Sentyabr 2016

Gürcüstanda keçirilən təlim-məşq toplanışı zamanı "İnter"in heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, bu ölkənin "Samtderia" klubu ilə baş tutan yoxlama görüşündə "bankirlər"in aparıcı futbolçularında olan Adrian Skarlatake zədələnib. Rumıniyalı müdafiəçi 2-3 həftəlik sıradan çıxıb.

 

Təcrübəli futbolçu komandanın məşqlərində iştirak edə bilmir. Skarlatake 4-cü turda "İnter"in "Sumqayıt"la keçirəcəyi matçı da buraxmalı olacaq.

Xəbər xətti