Dəniz Yılmaz: "Hədəflərim hər zaman yüksəkdir"

14:46 - 4 Sentyabr 2016

"Bursaspor"da ötən mövsümdən daha yaxşı çıxış edəcəm. Özümü yaxşı hiss edirəm. Təəssüf ki, bəzən zədələr imkan vermir. Ancaq indi oynamağa hazıram. Mənim hədəflərim hər zaman yüksəkdir. Daha yaxşı formada olacağıma və qollarımı sırlayacam”.

 

Sportal.az xəbər verir ki, bu sözlər Azərbaycan millisində oynamasına FİFA tərəfindən rəsmən icazə verilən “Bursapor”un futbolçusu Dəniz Yılmaza məxsusdur.

 

"Bursaspor"un futbolçusu Pablo Batalladan örnək aldığını bildirib:

 

“Heyətimiz güclüdür və komandamızda önəmli futbolçular var. Texnikalı və çalışqan futbolçunu çox sevirəm. Xüsusi olaraq Pablo Batallanı qeyd edərdim. O, yaşı artıqca istedadını itirməyən xarakterli futbolçudur. Ondan örnək alıram. Azarkeşlərimizin dəstəyilə gözəl günlər keçirəcəyik”.

Xəbər xətti