"Fənərbaxça"nın Avroliqa üçün heyəti: 2 futbolçu kənarda qaldı

18:28 - 6 Sentyabr 2016

"Fənərbaxça" Avropa Liqası üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.

 

Sportal.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Dik Advakat Fernandao və Aatıf Şeyşunu heyətə daxil etməyib.

 

"Sarı-lacivərtlilər"in sifariş ərizəsində aşağıdakı futbolçular yer alıb:

 

Qapıçılar: Volkan Dəmirəl, Fabiano, Ertuğrul Taşkıran

 

Müdafiəçilər: Hasan Ali Kaldırım, Simon Kyaer, Şener Özbayraklı, Savaş Polat, İsmail Köybaşı, Georgi Van der Viel, Roman Noştadter, Martin Şkrtel

 

Yarımmüdafiəçilər: Mehmet Topal, Souza, Alper Potuk, Ozan Tufan, Volkan Şen, Ramazan Çivelek, Muhammed Karakoç, Ahmethan Köse, Salih Uçan, Jermen Lens, Miroslav Stok

 

Hücumçular: Rovin Van Persi, Musa Sou, Emmanuel Emenike, Caner Koca

Xəbər xətti