"Qalatasaray"a şad xəbər

16:23 - 7 Sentyabr 2016

"Qalatasaray" Fernando Musleradan şad xəbər alıb.

 

Sportal.az xəbər verir ki, Uruqvay milli komandasının düşərgəsində olarkən zədələnən təcrübəli qapıçının durumuna aydınlıq gəlib. Belə ki, 30yaşlı "əlcək sahibi"nin zədəsinin ciddi olmadığı məlum olub.

 

Musleranın şənbə günü Türkiyə Super Liqasının 3-cü turu çərçivəsində "Kayserispor"a qarşı matçda meydanda olacağı gözlənilir.

Xəbər xətti