FİFA Bakının "İnter" klubunu növbəti dəfə cəzalandırıb.
Sportal.az futbol11.az saytına istinadən xəbər verir ki, dünyanın ali futbol qurumu "bankirlər"ə qarşı transfer qadağası tətbiq edib.
Klubun prezidenti Rəşad Qasımov məlumatı təsdiqləyib.
"FİFA belə bir qərar qəbul edib. Qadağa qarşıdakı iki "transfer pəncərəsi" dönəmini əhatə edir. Hələlik qərarla tanış olmamışam. Nəyə görə cəza verildiyini də anlamıram. Məsələyə sabah AFFA-ya gedib aydınlıq gətirəcəm. Bu qərar may ayında qəbul edilib. Nəyə görə transfer dönəmi başa çatdıqdan sonra məktubu göndəriblər, heç başım çıxmır".
Qeyd edək ki, “İnter” bundan öncə futbolçulara olan borca görə avrokuboklardan kənarlaşdırılmışdı.