"Fənərbaxça"nın futbolçusu: "Belə münasibətdən nifrət edirəm"

10:06 - 8 Sentyabr 2016

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində İngiltərə ilə matçda qırmızı vərəqə alan Slovakiya milli komandasının kapitanı Martin Şkrtel ada mediadının onu psixopat kimi göstərməsində münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, "Fənərbaxça"nın futbolçlçusu matçın 57-ci dəqiqəsində Hari Keynə qarşı etdiyi hərəkətdən sonra qırmızı vərəqə görmüşdü. Təcrübəli müdafiəçi İngiltərə mediasının onun haqda yazdıqlarına sərt münasibət bildirib. 31 yaşlı futbolçu belə münasibətdən nifrət etdiyini söyləyib:

 

"Məni dəli, canavar kimi göstərməyə çalışırlar. Belə münasibətdən nifrət edirəm. Mən pis niyyətli bir futbolçu deyiləm. Karyeram ərzində 600-dən çox matça çıxdım. Bu qarşılaşmalarda 4, 5 qırmızı vərəqə görmüşəm. Mərkəz müdafiəçisi üçün bu rəqəm az sayılır".

 

Qeyd edək ki, Slovakiya - İngiltərə matçı qonaqların 1 - 0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Xəbər xətti