Əmrə Mor: "Özümə əsəbləşmişdim"

12:02 - 8 Sentyabr 2016

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Xorvatiya - Türkiyə (1:1) matçı zamanı qonaqların baş məşqçisi Fatih Terimlə futbolçu Əmrə Mor arasında yaşananlar gündəmi zəbt etmişdi.

 

Sportal.az xəbər verir ki, əvəzləndiyi üçün əsəbləşən gənc oyunçu məsələyə münasibət bildirib.
 
O, səhv anlaşıldığını qeyd edib:
 
"Özümə əsəbləşmişdim. Çünki yaxşı oynamamışdım. Fatih Terimə qarşı heç vaxt pis hərəkət etmərəm. Təəssüfləndiyim tək şey ata kimi gördüyüm Fatih Terimə və komanda yoldaşlarım olan qardaşlarıma lazımi dəstək verməməyimdir. Hazırda mənə olan bu dəstəyin əvəzini vermək istəyirəm. Üzərimdə məsuliyyət hiss edirəm".

Xəbər xətti