Bakının "İnter" klubuna transfer qadağası qoyulması barədə məlumat vermişdik.
Sportal.az xəbər verir ki, bu barədə klubdan da rəsmi açıqlama verilib. "İnter"in rəsmi "facebook" səhifəsindən verilən açıqlamanı diqqətinizə çatdırırıq:
06.09.2016-cı il tarixdə faksla göndərilmiş FİFA-nın 26.05.2016-cı il tarixli qərarına əsasən, “İnter” Peşəkar İdman Klubuna növbəti iki transfer pəncərəsində yeni futbolçu almaq qadağan edilmişdir. Qadağa müddəti 2016-2017-ci il mövsümünün qış, 2017-2018-ci il mövsümünün isə yay transfer dövrlərini əhatə edəcək.
saytlarin hazirlanmasi