FİFA-dan millimizin üzvünün çıxış etdiyi kluba sarsıdıcı zərbə

15:59 - 8 Sentyabr 2016

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milisinin üzvü Taşkın İltərin çıxış etdiyi "Dənizlispor" ciddi problemlə üzləşib.

 

Sportal.az xəbər verir ki, FİFA-nın qərarına görə, Türkiyə klubu ötən mövsüm komandanın şərəfini qorumuş Almubaraki və Leozinyoya ümumilikdə 571 min avro ödəməlidi.

 
Məsələ burasındadı ki, klub hər iki futbolçu ilə bağlanılan müqavilənin şərtlərinə əməl etməyib. Bu səbəbdən adıçəkilən oyunçular klubdan FİFA-ya şikayət ediblər və istəklərinə nail olublar.

 

Məsələ ilə bağlı açıqlama verən klub prezidenti Süleyman Urkay bunları söyləyib:

 

"Əvvəlki rəhbərlik Almubarakiyə 36 min, Leozinyoya isə 51 min avro ödəmək şərti ilə müqavilələri qarşılıqlı razılıq əsasında ləğv edə bilərmiş. Ancaq onlar bunu etməyiblər. Zamanında ödənilməyən 87 min avroluq məbləğ indi 571 min avro olaraq qarşımıza çıxıb. "Dənizlispor" illərdir ki, belə problemlər yaşayır. FİFA-dan artıq məktub almışıq. Həmin məktubdan sonra gözümə yuxu girmir. Pulu necə ödəyəcəyimizi isə bilmirəm".

 

Xəbər xətti