Türkiyə millisinin futbolçusu: "Evlənəcəyim qadını ən pis şəkildə təhqir edirlər"

17:22 - 8 Sentyabr 2016

Yay “transfer pəncərəsi”ndə “Fənərbaxça”dan İtaliyanın “İnter” klubuna keçən və Milan təmsilçisinin “Beşiktaş”a icarəyə verdiyi Türkiyə millisinin müdafiəçisi Caner Erkin baş verənlərə aydınlıq gətirib.

 

Sportal.az xəbər verir ki, o, müsahibəsində “Fənərbaxça”nı “Beşiktaş”a dəyişməsindən danışıb.


Erkin həmçinin onu təhqir edən “sarı-lacivərtli” tərəfdarlara da cavab verib: “Haqqımda hər kəs istədiyini yazır. Ailəmə, sevdiyim insanlara. Hər kəsə təhqirlər yazırlar. Bu düzgün deyil. Mən“Fənərbaxça”da oynamıram deyə futbolu buraxmalıyam? Əziz Yıldırımın açıqlaması var ki, Canerin “Fənərbaxça”ya gəlmə ehtimalı sıfıra bərabərdir. Hələ də çirkin şərhlərə üzülürəm”.

 

Futbolçu sosial şəbəkədə haqqında yazılanlar haqqında isə bunları deyib: “Mən İstanbulun hər 3 böyük komandasında oynadım. Sadəcə təhqirlərdən bezmişəm. Bu qədər çirkinləşmək lazım deyil. Biz futbolçuyuq və azarkeş sözünü bizə tribunada deməlidir. Evlənəcəyim qadın Şükran Ovalını ən pis şəkildə təhqir edirlər. Mən bunu həmişə söylədim ki, hər şeyi o azarkeşlərin vicdanına buraxdım. Çox vicdansızlar var”.


Caner Erkin milli komandaya çağırılmamasına üzülmədiyini də özlərinə əlavə edib: “Fatih Terim hər oyun bizi milli komandaya çağırmalıdır deyə bir şey yoxdur. Buna gəncləşdirmə siyasəti kimi də baxmıram. Çünki heç nə görmürəm. Fatih Terimin qərarlarına hörmət edirəm. Əgər yenə dəvət gəlsə, sevə-sevə o formayı geyinəcəm”.

 

Türk futbolçu “İnter”in baş məşqçisi Frank de Burla aralarında yaşanan mübahisədən də danışıb: “Frank de Bur məni irqçi sözlərlə təqhir etmədi. “İnter” məni 2-3 ildir ki, heyətdə görmək istəyirdi. Bu mövsüm axır ki, bu keçid baş tutdu. İtaliyaya gedib Milan təmsilçisinə qoşuldum. Amma 3-4 gün sonra Frank de Bur mənə yaxınlaşıb özündənrazı şəkildə dedi ki, səni komandada görmək istəmirəm. Nə prezidentin, nə də idman direktorunun bundan xəbər oldu. Əvvəlcə yanına çağırıb təriflər yağdırdı, sonra isə heyətdə görmək istəmədiyini dedi. Irqçi sözlər demədi. Amma heç bir problem olmadığı zaman məni göndərməsini anlamadım”.

Xəbər xətti