Türkiyə polisindən 780 milyon dollarlıq əməliyyat

18:05 - 8 Sentyabr 2016

Türkiyə polisi qanunsuz mərc şirkətləri ilə bağlı əməliyyat keçirib.

 

Sportal.az xəbər verir ki, əməliyyat zamanı İngiltərə və Kiprdə fəaliyyət göstərən mərc şirkətlərinin İstanbulda 57 təmsilçisini saxlanılıb.


Mərc pullarını Kipr və İngiltərəyə çıxaran cinayətkar dəstənin başçısının ingiltərəli Skoot Villiam Masterton olduğu müəyyənləşib. Maraqlıdı ki, hər gün bu dəstənin üzvləri təkcə bir bürodan futbol da daxil olmaqla bir sıra idman növləri üzrə 3,3 milyon dollarlıq mərc oynayıb.

 

Əməliyyat zamanı isə 780 milyon dollar nağd şəkildə götürülüb.

Xəbər xətti