"Şeydayev, küsmə, hələ çox gəncsən"

12:58 - 9 Sentyabr 2016

"Trabzonspor"un yeni transferi Yan Duritsa komandaya uyğunlaşma prosesini tez başa vurub.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, slovakiyalı futbolçu gənc futbolçulara da məsləhət verməyi lazım bilib. 34 yaşlı müdafiəçi millimizin üzvü Ramil Şeydayevlə maraqlanır və ona məsləhətlərini verir.

 

Təcrübəli müdafiəçi son məşqdə Şeydayevə "Sən çox gəncsən. İlk növbədə tərcübəlilərdən nəsə öyrənməyi bacarmalısan. Küsmək və özünü kənara çəkməklə heç nə qazanamayacaqsan" deyib.
 

Qeyd edək ki, Duritsa "Trabzonspor"a "Lokomotiv" Moskvadan transfer edilib.

 

Xəbər xətti