Türkiyə millisinin sabiq üzvü karyerasını bitirdi

18:14 - 9 Sentyabr 2016

"Qalatasaray"ın sabiq futbolçusu Necati Ateş karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, bu barədə hücumçunun özü açıqlama verib. Necati bundan sonra məşqçilik kurslarına yazılacağını bildirib. Bundan başqa ona şərhçiliklə bağlı təkliflər də var.
 
Qeyd edək ki, 19 qarşılaşmada Türkiyə millisinin formasını geyinən Necatinin son klubu "Karşıyaka" olub. "Qalatasaray"ın heyətində 56 qola imza atan forvard "Antalyaspor", "Əskişəhərspor", "Adanaspor", "Real Sosyedad", "Ankaraspor" kimi klubların da şərəfini qoruyub.

Xəbər xətti