"İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib.
Sportal.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
- Hamınızı Qurban bayramı münasibətilə təbrik edirəm. İlk yarıda yaxşı oynadıq. Fasilədən sonra qol vurduq. Daha sonra rəqib təzyiqi artırdı. Cinahlardan daha çox hücumlara keçib, qol şansları əldə etdilər. Yaranan çoxsaylı fürsətlərdən yararlana bilmirik. Bunun üzərində işləməliyik.
- Hazırda “İnter”də çatışmayan nədi?
- Nəyin çatışmadığnı bilmirəm. Çox qol şansı yaradırıq. Amma imkanları dəyərləndirmirik. Düşünürəm ki, gələcəkdə bu problemi həll edəcəyik.
- Komandaya qoyulan transfer qadağası sizin əl-qolunuzu nə dərəcədə bağladı? Elə mövqe varmı ora qışda oyunçu gətirmək planlarınıza daxil idi?
- 1-2 mövqeyə futbolçu gətirməyi düşünürdük. Təəssüf ki, bu, alınmayacaq. Müsbət cəhəti odu ki, futbolçularımız toparlanacaq və üzərində məsuliyyəti dərk edib, çalışacaqlar. Biz onsuz da səs-küylü transferlər planlaşdırmırdıq.
saytlarin hazirlanmasi