"Bursaspor" futbolçusunu stadionda unutdu

13:46 - 12 Sentyabr 2016

Türkiyə Super Liqasının III turunda səfərdə "Fənərbaxça"nı 1:0 hesabı ilə məğlub edən "Bursaspor"un futbolçusu Aziz Behiç komanda yoldaşlarının yadından çıxıb.  

 
Sportal.az xəbər verir ki, futbolçular qarşılaşmadan sonra müsahibə verən avstraliyalı oyunçunu gözləmədən "Şükrü Saracoğlu" stadionundan ayrılıblar.

 
Müsahibə başa çatdıqdan sonra komandanın avtobusunu axtaran Behiç onu tapmayıb. Məlum olub ki, hamı gedib, o qalıb. Daha sonra Behiç başqa maşına əyləşərək, komandanın avtobusuna çata bilib.

Xəbər xətti