Super Liqada növbəti baş məşqçi istefası

15:58 - 13 Sentyabr 2016

Türkiyə Superliqasında cari mövsümün üçüncü baş məşqçi istefası reallaşıb.

 

Sportal.az xəbər verir ki, "Adanaspor" və "Akhisar"ın ardından "Kasımpaşa" da baş məşçisini istefaya göndərib. İstanbul klubu baş məşqçisi Rza Çalımbay ilə yollarını ayırdığını bu gün rəsmən bəyan edib.

 
Türkiyə mətbuatının iddiasına görə, Çalımbay özü komandadan ayrılmaq istəyib. Buna səbəb isə uğursuzluq yox, rəhbərliyin düzgün transfer siyasəti aparmamasıdı.

 
Qeyd edək ki, Çalımbay ötən ildən "Kasımpaşa"nı çalışdırırdı.

Xəbər xətti