"Benfika"ya qol vuran futbolçuya "xain" damğası vuruldu

14:55 - 14 Sentyabr 2016

Çempionlar Liqasının B qrupu çərçivəsində keçirilən "Benfika" - "Beşiktaş" matçının 90+3-cü dəqiqəsində cərimə zərbəsindən vurduğu möhtəşəm qolla İstanbul təmsilçisini məğlubiyyətdən xilas edən Taliskaya Portuqaliyada "xain" damğası vurulub.
 
Sportal.az xəbər verir ki, buna səbəb braziliyalı futbolçunun vurduğu qolu çılğınlıqla qeyd etməsi olub. Məsələ burasındadı ki, o, "Beşiktaş"a icarə əsasında "Benfika"dan keçib. Bundan başqa qarşılaşmadan sonra müqavilə ilə məxsus olduğu kluba qarşı pulunu ala bilməməsinə dair ittihamlar səsləndirməsi portuqaliyalı azarkeşləri özündən çıxarıb.
 
Qeyd edək ki, Taliska meydana daxil olanda yerli azarkeşlərin bəziləri onu alqışlamış, digərləri isə fitə basmışdı.

 

 

Xəbər xətti