"Fənərbaxça"nın futbolçusu 6 il sonra qol vurdu

17:50 - 20 Sentyabr 2016

"Fənərbağça"lı İsmail Köybaşı 6 ildən sonra Super Liqada qol vurub.

 

Sportal.az xəbər verir ki, təcrübəli müdafiəçi "Kasımpaşa" (5:1) ilə oyunda fərqlənib. 27 yaşlı cinah müdafiəçisi matçın 54-cü dəqiqəsində komandanın son qolunu vurub.

 

Qeyd edək ki, Türkiyə milli komandasının üzvü sonuncu dəfə 8 noyabr 2010-cu ildə "Beşiktaş" forması geyinərkən yenə "Kasımpaşa"nı məyus etmişdi.

Xəbər xətti