Samuel Etodan klub prezidenti haqqında sərt ittihamlar: "Hörmət et, hörmət gör"

12:39 - 21 Sentyabr 2016

Türkiyənin “Antalyaspor” klubunun kamerunlu ulduz futbolçusu Samuel Eto klub prezidenti Ali Şafak Öztürkü sərt tənqid edib.

 


Sportal.az xəbər verir ki, oyunçu klub rəhbərinin “Etonun oyununda eniş var” deməsinə reaksiya verib. 
“İnstagram” hesabından paylaşım edən futbolçu bunları yazıb:

 

“Bəlkə də qaradərili olduğum üçün məni sevmirlər. Amma mən haqqımda danışan insanların oyununa aldanıb səviyyəmdən aşağı enməyəcəm. Futbolda 18 ilimi bitirdim. Bu illər boyunca da işimi hər zaman zövqlə və ürəklə yerinə yetirdim. Qazandığım bütün kuboklar, medallar, uğurlar da bundandır. Qazanmağa da davam edəcəm. “Antalyaspor”un mənfəətləri üçün əsla dava etməyəcəm. Mənim üçün önəmli olan tək şey formasını geydiyim klubdur. Dava etməkdən, mübarizədən qorxduğumu düşünməsinlər. “Bəziləri” “bəzilərini” adımı ləkələmək üçün satın alsa da...Hörmət! Bir-birimizə hörmət etməliyik. Hörmət göstərməyən, hörmət görməz”.

 

Qeyd edək ki, Eto əsas heyətdən uzaqlaşdırılıb.

 

Xəbər xətti