Ramil Şeydayevin baş məşqçisi: "Oynayan və oynamayan futbolçuları birgə görmək istəyirdim"

13:13 - 22 Sentyabr 2016

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev ötən gün “Trabzonspor”da rəsmi debüt edib. Qara dəniz təmislçisi Türkiyə kubokunun ikinci turunda həvəskarlar liqasında yarışan “Serhat Ardahanspor”u 6:0 hesabı ilə məğlub. Şeydayev oyunda 6-cı qolun müəllifi olub.

 

Sportal.az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Ərsun Yanal darmadağını şərh edib:

 

"Bu oyunda bizə hesab lazım deyildi. Tablodakı rəqəmlər məni maraqlandırmır. Oynayan və oynamayan futbolçuları birlikdə görmək istəyirdim".

 

Təcrübəli çalışdırıcı zaman-zaman komandanın yaxşı formada olacağına inandığını bildirib:

 

"Komandanın ortaya qoyacağı performans önəmli idi. Önümüzdə çətin oyunlar var. Bizim müəyyən qədər vaxta ehtiyacımız var. Sabahdan həmin vaxt başlayır. İstədiyimiz komandanı formalaşdıracağıq".

Xəbər xətti