"Beşiktaş" - "Qalatasaray" derbisinin hakimi məlum oldu

17:55 - 22 Sentyabr 2016

Türkiyə Super Liqasının 5-ci turu çərçivəsində həftəsonu oynanılacaq "Beşiktaş" - "Qalatasaray" matçını idarə edəcək hakimin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, "Vadafon Arena"da baş tutacaq İstanbul derbisi Ali Palabıyıka həvalə olunub. Ona bu vacib matçı idarə etməkdə Mehmet Cem Satman və Ceyhun Sesigüzel kömək edəcək.

 

Qeyd edək ki, "Beşiktaş" - "Qalatasaray" qarşılaşması 24 sentyabr, Bakı vaxtilə saat 20:00-da start götürəcək.

Xəbər xətti