Zaur Svanadze: "Suala konkret cavab verməyə çətinlik çəkirəm" MÜSAHİBƏ

18:17 - 24 Sentyabr 2016

Azərbaycan çempionatının 6-cı turu çərçivəsində AZAL evdə "İnter”ə məğlub olub.

 

Sportal.az xəbər verir ki, oyundan sonra təşkil olunan mətbuat konfransında "bankirlər”in baş məşqçisi Zaur Svanazde qələbəni belə şərh edib:
 
- Çətin oyun oldu. Amma oyuna diqtə edə bildik. İlk yarıda rəqibə qol imkanı vermədik. Bəxtsiz şəkildə qol buraxsaq da, sonradan vəziyyəti düzəldə bildik".
 
- "İnter” tərəfi mövsümün əvvəlindən çempionluq uğrunda yox, avrokuboklar üçün savaşdığını deyir. Çempion olmaq üçün sizdə nə çatmır?
- İndi hələ başlanğıcdı. Yaxşı start götürmüşük. Uzun yol var. Heyətimizdə ciddi zədəlilər olmasa, olduğu kimi qalsa, mübarizə apara bilərik. Buna baxmayaraq, suala konkret cavab verməyə çətinlik çəkirəm.
 
- Sizcə, Rauf Əliyev tam formaya düşübmü? Milliyə layiqdimi?
- Rauf belə davam etsə, milliyə dəvət olunacaq. İrəliləyiş var, normal formadadı. (Futbol11.az)

Xəbər xətti