Şenol Günəş: "Sabah qələbə qazanmaq arsusu ilə meydana çıxacağıq"

18:48 - 27 Sentyabr 2016

"Beşiktaş" Çempionlar Liqası qrup mərhələsinin 2-ci turunda sabah doğma meydanda "Dinamo" Kiyevi qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, bu gün İstanbul nəhənginin baş məşqçisi Şenol Günəş oyunöncəsi mətbuat konfransında jurnalistlərin sualları cavablandırıb. Təcrübəli mütəxəssis qələbə qazanmaq istədiklərini bildirib:

 

"Sabah qələbə qazanmaq arsusu ilə meydana çıxacağıq. "Dinamo" Kiyev sıradan bir komanda deyil. Matçdan həm zövq almaq, həm də istədiyimiz nəticəsi əldə etmək istəyirik. Biz çempionlar Liqasında oynamaq üçün çempion olduq. Rəqiblər arasında fərq qoymuruq. Ciddi rəqiblə qarşılaşacağıq. Oyuna nəzarəti itirmədən ağıllı və səbrli davranmalıyıq".

 

Qeyd edək ki, "Beşitkaş" - "Dinamo" Kiyev matçı sabah Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Xəbər xətti