Şeydayevin komandasının kubokda rəqibi məlum oldu

18:30 - 28 Sentyabr 2016

Türkiyə kubokunda 3-cü mərhələnin püşkü atılıb.

 

Sportal.az xəbər verir ki. milli komandamızın üzvü Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor"un da bu mərhələdəki rəqibi məlum olub. Belə ki, Qara Dəniz təmsilçisi səfərdə 3-cü Liqada mübarizə aparan "Çorum Bələdiyyəspor"la münasibətlərə aydınlıq gətirəcək.

 

Türkiyə kubokunun reqlamentinə əsasən bu mərhələdə komandalar arasında bir görüş baş tutur. Qələbə qazanan komanda kubokun qrup mərhələsinə vəsiqə qazanacaq.

 

Qeyd edək ki, 3-cü mərhələnin qarşılaşmaları 25, 26, 27 oktyabr tarixində baş tutacaq.

Xəbər xətti