"İnter" "Qalatasaray"ın futbolçusunu istəyir

14:52 - 29 Sentyabr 2016

İtaliyanın "İnter" klubu hücum xəttini gücləndirmək üçün səylərini davam etdirir.

 

Sportal.az xəbər verir ki, Milan təmsilçisi "Qalatasaray"ın gənc futbolçusu Sİnan Gümüşü transfer etmək istəyir. "İnter"in holland baş məşqçisi Frank De Bur hələ "Ayaks"da çalışdığı vaxtlardan izldiyi 22 yaşlı ön xətt oyunçusunun transferində israrlıdır.

 

İtaliya mətbuatının yazdığına görə De Bur klub rəhbərliyindən istedadlı futbolçunun keçidini qış transfer pəncərəsində həll etməyi istəyib. 46 yaşlı mütəxəssis Türkiyə milli komandasının üzvünü həm cinahda, həm də forvard mövqeyində oynatmağı planlaşdırır.

Xəbər xətti