Şeydayevin oynamadığı görüşdə sabiq "Qəbələ"li darmadağına sevindi

19:28 - 1 Oktyabr 2016

Türkiyə Super Liqasında 6-cı turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor" klubu səfərdə "Karabükspor"la qarşılaşıb. Meydan sahibləri "Trabzonspor"u 4:0 hesabı ilə darmadağın edib. "Karabükspor"un 4-cü qolunda ötən mövsüm "Qəbələ"də çıxış edən Ermin Zetsin böyük payı olub. Bosniya və herseqovinalı futbolçunun zərbəsindən sonra Zeki Yavru avtoqol müəllifi olub.

 

Millimizin üzvü Ramil Şeydayevin adı isə iştirak ərizəsinə salınmayıb.

Xəbər xətti