Ağabala Ramazanov 100-ə çatdı

16:28 - 3 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının VII turu “İnter”in hücumçusu Ağabala Ramazanov üçün yubileylə əlamətdar olub.

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ölkə çempionatında 100-cü oyununu keçirib. “Zirə” ilə görüşədək (1:1) hesabında 99 qarşılaşma olan hücumçu matçda hesabı açmaqla yubileyini qolla qeyd edib. Bu, onun Premyer Liqada 14-cü qolu olub.

 

Ramazanov “İnter”də keçirdiyi 7 qarşılaşmada 3 qol vurub. Ağabala bunadək daha 3 klubda oynayıb. O, “Neftçi” (1 oyun), “Xəzər Lənkəran” (59 oyun, 6 qol) və “Sumqayıt”ın (33 oyun, 5 qol) şərəfini qoruyub.

Xəbər xətti