Ərsun Yanal "Trabzonspor" rəhbərliyindən hücumçu tələb etdi

11:47 - 4 Oktyabr 2016

Mövsümə uğursuz başlayan "Trabzonspor" klubunun baş məşqçisi Ərsun Yanal rəhbərlikdən qışda hücumçu transferi tələb edib.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis hücum xəttində çıxış edən Fabian Kastilyo, Hun-Yun Suk, Dame Ndoye və Muhammed Demirden narazıdır. O, hücumçuların yayda "Olimpiakos"a transfer olan paraqvaylı forvard Oskar Kardozanın boşluğunu doldura bilməməsindən təəssüflənir.

 

"Trabzonspor"da 6 oyundan sonra heç bir hücumçu Super Liqda fərqlənə bilməyib. Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev isə Türkiyə çempionatında debüt etməyib.

 

Qış transfer pəncərəsində "Trabzonspor" hücumçulardan biri ilə yolları ayırmağı planlaşdırır. Türkiyə mətbuatı iddia edir ki, komandadan seneqallı forvard Dame Ndoye göndəriləcək.

Xəbər xətti