Arda qərarını açıqladı: Millidən gedir?

23:47 - 4 Oktyabr 2016

Fatih Terimin milli komandaya dəvət etmədiyi Arda Turan önəmli açıqlamalar verib.

 

Sportal.az xəbər verir ki, "Barselona"nın ulduz futbolçusu "Radyospor"a açıqlama verib və milli komandada karyerasının başa vurmaq niyyətində olmadığını bildirib.

 

Türkiyə milli komandasının kapitanı milliyə dəstək verdiyini bildirərək "Mövzudan kənar hər hansı birdəyərləndirməm yoxdur. Məqsədi həyatı boyunca ölkə futboluna xitmət etmiş olaraq, dua edərək komandama dəstək oluram. İddialar ortaya atıldı. Bir iddia varsa danışmaq məcburiyyətində qaılırıq. İndi heç bir açıqlama verməyi düşünmürəm. Ora milli vəzifədir. Gəl desələr gələrəm, get desələr gedərəm. Nə edim? Hər kəsə, baş məşqçimizə də uğurlar arzu edirəm. Allah ürəklərinə görə versin" ifadələrini söyləyib.

 

Milli komanda üçün hər zaman ən yaxşısını düşündüyünü qeyd edən Arda "Məni tanıyırsınız, bu mövzularla bağlı söyləyəcəyim bir şey var, xeyirlisi olsun, başqa nə deyə bilərəm? Ölkəmizin adına hər zaman ən yaxşısını etmək üçün var olduğumu söyləmək istəyirəm. İnşallah Ukraynanı məğlub edərik, çox vacib bir matçdır. 2 oyundan alnımızın təri ilə 6 xal alacağımızı düşünürəm. Çox sıx təqvimimiz var idi, "Barselona"da milli komanda mövzusunu heç danışmadıq" dedi.

 

Bir gün hər hansı bir vəzifədə "Qalatasaray"a dönmək istədiyini bildirən ulduz futbolçu "Karyeramı "Barselona"da bitirmək istəyirəm. Kataloniyaya çox alışdım. "Qalatasaray" bu mövsüm yaxşı çıxış edir. İnşallah belə davam edərik. Komanda adamı həyəcanlandırır. Mənim qəlbimdə hər zaman "Qalatasaray" var. Ora mənim evimdir. Futbolçu, baş məşqçi və ya adi bir işki kimi olsun, bir gün mütləq görüşəcəyik. Topdaşıyanlıqdan gəldim, ona görə də normaldır" deyə fikirlərini yekunlaşdırıb.

Xəbər xətti