Ərsun Yanal futbolçuları ruhlandırdı: "Söz vermişik"

12:59 - 5 Oktyabr 2016

Azərbaycan millisin futbolçusu Ramil Şeydayevin formasını geyindiyi "Trabzonspor" klubunun baş məşqçisi Ərsun Yanal ardıcıl məğlubiyyətlərdən sonra ümidini üzməyib.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis milli komandaların oyunları ilə əlaqədər komandaya istirahət verib. Yanal son gün futbolçuları motivasiya etməyə çalışıb:

 

"Buradan siz də gedə bilərsiz, mən də. Amma biz "Trabzonspor"a uğurlu çıxış edəcəyimizlə bağlı söz vermişik. Bu komandanı hamımız birlikdə ayağa qaldırmalıyıq. Milli komandaların oyunlarından sonra daha çox çalışacağıq. Problem varsa, hamımız birlikdə həll edəcəyik".

 

"Trabzonspor"un futbolçuları Ərsun Yanala uğurlu çıxış edəcəklərini və ardıcıl qələbələr qazanacaqları ilə bağlı söz veriblər.

 

Qeyd edək ki, "bordo-mavililər" Super Liqada 6 turdan sonra 6 xal toplayıb və 12-ci pillədə qərarlaşıb.

Xəbər xətti