Terim milliyə dəvət etmədiyi futbolçularla bağlı suala cavab vermədi

19:30 - 5 Oktyabr 2016

Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Ukrayna ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis Ukrayna və İslandiya ilə oyunlar haqda danışıb: "Bildiyiniz kimi bizi gözləyən iki çox vacib matç var. Bu qarşılaşmalar üçün taktiki və texniki baxımdan yaxşı hazırlaşdığımızı düşünürəm. İslandiya və Ukraynanı yaxşı təhlil etmişik".

 

Terim milli komandaya dəvət etmədiyi futbolçularla bağlı suaalrıa isə cavb verməyib: "Milliyə çağırmadığım futbolçularla bağlı suallara cavab verməyəcəm. Ukrayna və İslandiya ilə bağlı suallarınız varsa, buyurun"

Xəbər xətti