İslandiya - Türkiyə matçının hakimləri məlum oldu

00:16 - 6 Oktyabr 2016

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək İslandiya - Türkiyə oyununu idarə edəcək hakimlərin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, bu qarşılaşma ingilis hakimlərə həvalə olunub. Matçın baş hakimi Mark Klattenburq olacaq. Ona Cek Kollin və Simon Bennett köməklik edəcək. Dördüncü hakim funksiyasını Antoni Taylor yerinə yetirəcək.

 

Qeyd edək ki, İslandiya - Türkiyə görüşü oktyabrın 9-da baş tutacaq.

Xəbər xətti