"Fənərbaxça"nın sabiq üzvü bıçaqlandı

15:42 - 6 Oktyabr 2016

“Fənərbaxça”nın sabiq futbolçusu Öndər Turacı bıçaqlanıb. Turacının vəziyyətinin ürəkaçan olmadığı bildirilir.

 

Sportal.az xəbər verir ki, keçmiş futbolçu qaynı tərəfindən bıçaqlanıb. Öndər keçmiş həyat yoldaşı ilə Belçikada restoranların birində görüşüb və uşaqlarının gələcəyi ilə bağlı mübahisə edib. Hadisə zamanı onun həyat yoldaşı qardaşına zəng edərək restorana çağırıb. Turacının keçmiş qaynı isə görüşə özü ilə bıçaq aparıb. O, Öndərin sinəsinə və ayağına zərbə zərbə ednirib.

 

Ağır xəsarət alan Turacı dərhal xəstəxanaya çatdırılıb.


Belçikada dünyaya  gələən 35 yaşlı Öndər Turacı 3 dəfə Türkiyə millisində oynayıb. O, karyerası ərzində “Fənərbaxça”, “Standard”, “Göztəpə” və “Kayserispor” kimi klublarda çıxış edib.

Xəbər xətti