Şeydayevin baş məşqçisinə pis xəbər

19:38 - 6 Oktyabr 2016

Türkiyə Futbol Federasiyası millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor"un baş məşqçisi Ərsun Yanalın 2 oyunluq cəzasını qüvvədə saxlayıb.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis Super Liqanın 4-cü turu çərçivəsində "Konyaspor"la keçirilən matçda (1 - 0) hakimə etiraz etdiyi üçün tribunaya göndərilmişdi. Qara Dəniz təmsilçisi cəzanın cəzanın ləğv edilməsi ilə bağlı ferasiyaya müraciət etsə də, onların müraciətinə müsabət cavab verilməyib.

 

Ərsun Yanal 2 qarşılaşmada ehtiyat oyunçular skamyasında komandasına göstərişlərini verə bilməyəcək. Bundan başqa ona verilən 26 min lirə pul cəzası da qüvvədə qalıb.

Xəbər xətti