Emre Mor: "Ukrayna məni çox əsəbiləşdirdi"

16:42 - 7 Oktyabr 2016

Türkiyə milli komandası DÇ-2018-in seçmə mərhələsi çərçivəsində doğma meydanda Ukrayna ilə 2:2 hesablı heç-heçə etdi.

 

Sportal.az xəbər verir ki, matçdan sonra "ay-ulduzlular"ın gənc futbolçusu Emre Mor qarşılaşmanı dəyərləndirib. İstedadlı yarımmüdafiəçi ukraynalı futbolçuların ona qarşı sərt oynadıqlarını bildirib:

 

"Bir anda hesabda 0:2 geriyə düşdük. Amma ilk qolu vurandan sonra yaxşı oynadıq. Qələbə qazanmaq üçün mübarizə apardıq, amma heç-heçəyə nail olduq.

 

Oynadıqları sərt futbolla Ukrayna məni çox əsəbiləşdirdi. Mənə qarşı çox kobud oynayırdılar, hakim də bunlara göz yumurdu. Ən azından xəbərdarlıq etmək üçün rəqibin bir neçə futbolçusuna kart göstərməliydi, amma göstərmədi. Məncə hakim oyunu çox pis idarə etdi".

Xəbər xətti