Türkiyə millisində şok itki: Heyətdən kənarlaşdırıldı

16:58 - 7 Oktyabr 2016

Türkiyə milli komandasının heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, Ukrayna ilə matçda (2:2) zədələnərək meydanı tərk edən Hakan Baltanın durumunu ciddi olduğu məlum olub. Tibbi müayinədən sonra təcrübəli müdafiəçinin zədəsinin ciddi olduğu aşkarlanıb.

 

33 yaşlı mərkəz müdafiəçisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində İslandiya ilə keçiriləcək matçın heyətindən kənarlaşdırılıb.

Xəbər xətti