Erməni futbolçu "Beşiktaş"dan gedir

18:13 - 7 Oktyabr 2016

Ermənistan millisinin üzvü Araz Ozbiliz “Beşiktaş”ı tərk etməyə hazırlaşır.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi karyerasını Rusiyada davam etdirə bilər. Belə ki, bu ölkənin “Terek” klubu Özbilizi transfer etmək istəyir.
 
Futbolçu özü də bu keçidin əleyhinə deyil. Ayrılığa səbəb onun “Beşiktaş”da oynamaq şansı əldə edə bilməməsidir. Erməni futbolçu sadəcə bir matçda – açılış turunda “Antalyaspor”a qarşı forma geyinib.
 
Qeyd edək ki, Moskva “Spartak”ın transfer edilən futbolçu, ötən mövsüm icarə əsasında İspaniyanın “Rayo Vallekano” klubunda çıxış edib. 

Xəbər xətti