Sərvət Çətin məşqçiliyə başladı

14:33 - 8 Oktyabr 2016

Türkiyə millisinin sabiq üzvü Sərvət Çətin məşqçilik karyerasına başlayıb.

 

Sportal.az xəbər verir ki, o, Super Liqa təmsilçisi “Antalyaspor”da çalışacaq. Veteran müdafiəçi “Antalyaspor”un yeni baş məşqçisi Rza Çalımbayın köməkçisi olacaq. Bu barədə məlumatı Çalımbay "Radyospor"a açıqlamasında deyib.

 

Qeyd edək ki, vaxtilə "Qalatasaray" və "Fənərbaxça"nın şərəfini qorumuş 35 yaşlı Sərvət Çətin karyerasını bu il başa vurub. Onun son klubu "Mersin İdmanyurdu" olub. Çətin Türkiyə yığmasında 59 oyun keçirib.

Xəbər xətti