Millimizin oyunları ilə əlaqədar  Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən "İnter" yoxlama oyunu keçirib.


Sportal.az xəbər verir ki, "bankirlər" "Zirə" ilə qarşılaşıb. "İnter Arena"da keçirilən matçda  Zaur Svanadzenin komandası 5:1 hesabı ilə qalib gəlib.

 

Nizami Hacıyev oyunda dubl edib. Pərdis Fərcad-Azad, Slavik Alxasov və Məmməd Quliyev hərəyə 1 dəfə fərqləniblər.