"Qalatasaray"da 14 yaşlı futbolçu

18:11 - 9 Oktyabr 2016

"Qalatasaray" Bolqarıstanın "Levski" klubu ilə yoldaşlıq görüşü keçirib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanın başa çatmasına 2 dəqiqə qalmış İntanbul nəhənginin baş məşqçisi Yan Olde Riekerink meydana 14 yaşlı futbolçu buraxıb. 

 

Mustafa Kapi meydanda olduğu müddətdə bir dəfə ikili mübarizəyə qoşulub, bir dəfə isə dəqiq ötürmə verib. O, "Cim bom"un tarixin əsas komandanın heyətində meydana çıxan ən gənc oyunçu kimi düşüb.

 

Qeyd edək ki, qarşılaşma "Qalatasaray"ın qələbəsiylə başa çatıb - 2:0.

Xəbər xətti