Türkiyə millisi İslandiya ilə matça qara sarğı ilə çıxacaq

19:23 - 9 Oktyabr 2016

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Türkiyə milli komandası səfərdə İslandiyanın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, "ay-ulduzlular" Reykyavikdə baş tutacaq bu qarşılaşmaya qollarında qara sarğı ilə çıxacaq. Buna səbəb Türkiyənin Hakkari bölgəsində baş verən terror aktında ölənlərin xatirəsini anmaqdır.

 

Qeyd edək ki, İslandiya - Türkiyə matçı bu gecə saat 22:45-də start götürəcək.

Xəbər xətti